Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

Caliber: Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır

Caliber: Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır

Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Qeyd olunub ki, İrəvan qarşıdurmanın yeni raunduna hazırlığını da gizlətmir:

“Məsələn, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək. Mənbələrimizə əsasən, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır”.

Bildirilib ki, son aylar Ermənistanın hərbi avantüraya hazırlığının sübutları xüsusilə aydın görünür:

“Rəsmi olaraq özünü “müşahidəçi” missiya kimi təqdim edən Avropa İttifaqı (Aİ) missiyası gərginləşmədə xüsusi rol oynayır. Sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işləri intensivləşdirilib. Avropalı “müşahidəçilər” sistemli şəkildə ərazini tədqiq edir, həssas mövqeləri müəyyənləşdirir və Azərbaycan qoşunlarının yerləşdirilməsi təhlil olunur. Faktiki olaraq monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumatların ötürülməsi üzrə tapşırıqlar yerinə yetirirlər. Bu da neytrallıq prinsiplərini birbaşa pozur”.

Nəşr əlavə edib ki, bu cür planların həyata keçirilməsi əhəmiyyətli vəsait tələb edir:

“Ermənistan son iki ildə hərbi alışlarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silahlara milyardlarla dollar xərcləyib. Həmçinin Aİ də Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır. Bu, görünməmiş silahlanma miqyasıdır və heç bir halda Ermənistanın elan etdiyi “müdafiə” strategiyasına uyğun gəlmir”.

Editor

Related Posts