“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib”.
Birinci24 informasiya agentliyi “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik”, – o qeyd edib.
Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmalara, həm də işin davam etdirilməsi təklif olunan konkret sahələrə aiddir.
İlkin razılığa əsasən, tərəflər şimaldan cənuba – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlaya biləcəyini göstərib.