“Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında məsləhətləşmələrin növbəti raundu aprelin 19-da Romada keçiriləcək”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Amerikanın “Axios” xəbər portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ-İran nüvə razılaşması üzrə danışıqların ikinci raundu nəhayət şənbə günü Romada baş tutacaq, mənə üç mənbə bildirib”, – məlumatda deyilib.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandasında İrana yanaşma ilə bağlı fikir ayrılıqları yaranıb. Bəzi administrasiya rəsmiləri, o cümlədən vitse-prezident J.D.Vans, Trampın xüsusi nümayəndəsi Steven Uiitkoff və Pentaqonun rəhbəri Pete Heqset hesab edir ki, Vaşinqtonun mümkün güzəştlərini ehtiva edən razılaşma əldə etmək üçün diplomatik həll lazımdır.
Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Uoltzın daxil olduğu digər düşərgə Vaşinqtonla razılaşma nəticəsində Tehranın nüvə proqramını məhdudlaşdırması ehtimalına son dərəcə şübhə ilə yanaşır. Onlar əmindirlər ki, Tehran indi həmişəkindən daha zəifdir və buna görə də Birləşmiş Ştatlar onun nüvə proqramından imtina etməsində israr etməlidir, ya da ya İranın özünə zərbə endirməli, ya da İsrailin hücumunu dəstəkləməlidir.