Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan Qarabağın qarşılığında Azərbaycandan nə istəyəcək?

Ermənistan Qarabağın qarşılığında Azərbaycandan nə istəyəcək?

“Vladimir Putinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar baş tutub. Əsas mövzu sülh müqaviləsi olub. Ancaq nə vaxtsa, nəticə əldə olunsa, Ermənistan Qarabağın Azərbaycana aid olduğunu rəsmən elan edəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov yazıb.

Politoloqun fikrincə, Ermənistan bunun qarşılığında Qarabağın erməni icmasına müstəqilliyə bərabər yüksək səviyyədə muxtariyyət istəyəcək:

“Azərbaycan isə ermənilərə heç bir siyasi muxtariyyət vermək istəmir, çünki ermənilərin Qarabağdakı əvvəlki muxtariyyətinin necə pis başa çatdığını yaxşı xatırlayır”.

Sergey Markov qeyd edib ki, Soçi görüşündən sonra kompromis axtarılır:

“Əgər tapılmasa, Ermənistan vasitəçi kimi Rusiyanı deyil, Fransa və ABŞ-ı bölgəyə gətirəcək. Və növbəti danışıqlar Soçidə deyil, Parisdə baş tutacaq”.

Editor

Related Posts