Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

M.F.Axundov haqqında yeni kitab nəşr edilib

M.F.Axundov haqqında yeni kitab nəşr edilib

Tarix elmləri doktoru Aydın Balayevin “Fərqli və ziddiyyətli M.F.Axundov –  əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi”  kitabı nəşr edilib.

“JekoPrint” Çap Evi  tərəfindən çap edilən kitab Axundovun bu gün “azərbaycanlılar” və ya “Azərbaycan türkləri” adlandırdığımız toplumun milli kimliyinin formalaşması prosesindəki rolunun araşdırılmasına həsr edilib.

Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə və Azərbaycanlıların  milli kimliyinə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən sonuncudur.  

Müəllifə görə, özünü iranlı hesab edən və İrana aid hər şeyə xüsusi sevgi və həssaslıqla yanaşan Axundov, nə qədər qəribə olsa da, fəaliyyəti ilə Şimali Azərbaycan əhalisinin yüzilliklərlə davam edən İran təsirindən qurtulması proseslərinə təkan verib.

Kitabda, həmçinin M.F.Axundovun fəaliyyəti fərqli yönlərdən araşdırılır.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, doxsanadək elmi əsərin müəllifidir.  Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.

Editor

Related Posts