Today Cümə, 25th İyul 2025
Birinci 24

Birinci 24

Sabah daha 45 zəvvar Həccə yola düşəcək

Sabah daha 45 zəvvar Həccə yola düşəcək

Azərbaycandan Həcc ziyarətinə gedən dördüncü zəvvar təyyarəsi sabah, mayın 28-də yola düşəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hər təyyarədə 4 qrup olacaq. Qrupların hər biri 45 nəfərdən ibarətdir.

V. Cahangiri bildirib ki, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Editor

Related Posts