Aİ 150 milyard avroluq hərbiləşdirmə fondunu təsdiqlədi

Aİ 150 milyard avroluq hərbiləşdirmə fondunu təsdiqlədi

Aİ (Avropa İttifaqı) Şurası Avropa işləri üzrə nazirlər səviyyəsində 150 milyard avroluq Aİ-nin hərbiləşdirmə fondunun (SAFE) yaradılmasını təsdiq edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Aİ Şurasının Polşa sədrliyi “X”də məlumat verib.

“Biz Aİ səviyyəsində ilk irimiqyaslı hərbi investisiya proqramı olan və Avropanın hərbi potensialını artırmaq üçün 150 milyard avro təşkil edən SAFE-ni təsdiq etdik”, – məlumatda bildirilib.

Məlumatda həmçinin bildirilib ki, bu proqramdan əldə olunan vəsait, digər məsələlərlə yanaşı, Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunacaq.

Digər tərəfdən, Aİ Şurası hərbi istehsal üçün fonddan ilk olaraq pul ayrılacaq prioritetləri də açıqlayıb.

Bunlara döyüş sursatı və raketləri, artilleriya sistemləri, xüsusilə uzaqmənzilli dəqiq zərbə sistemləri, quru qoşunları və texnikası, o cümlədən piyada texnikası, silah və qoruyucu vasitələr daxildir.

Həmçinin, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin, hava, dəniz və sualtı pilotsuz uçuş aparatlarının, hərbi nəqliyyat və yanacaqdoldurma təyyarələrinin, hərbi peyk aktivlərinin, kiber imkanların, o cümlədən süni intellekt və elektron müharibə sistemlərinin istehsalı və yaradılması prioritetlər sırasındadır.

Editor

Related Posts