Hüseyn Həsənovun qiyabi həbs qərarı qüvvədə qaldı

Hüseyn Həsənovun qiyabi həbs qərarı qüvvədə qaldı

Moskva Şəhər Məhkəməsi bloger Hüseyn Həsənovun qiyabi həbsinə dair qərarı qüvvədə saxlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat yayıb.

“Məhkəmə tərəflərin fikirlərini dinləyərək Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı birinci instansiyanın qərarının dəyişdirilmədən saxlanılması, Həsənovun müdafiəsinin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib”, – hakim qərarı elan edib.

Xatırladaq ki, H.Həsənov əvvəllər qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Bildirilib ki,Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan (3 milyon 600 min manat – red.) çox vergi ödəməyib. O, qanuni sahiblik, istifadə və sərəncam vermək görüntüsü yaratmaq üçün onların 20 milyonunu qanunsuz yolla “yuyub”.

Blogerə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (xüsusilə külli miqdarda pul vəsaitlərinin və ya şəxsin cinayət törətməsi nəticəsində əldə etdiyi digər əmlakın leqallaşdırılması (yuyulması)) ilə qiyabi ittiham irəli sürülüb.

Editor

Related Posts