Bu gün Azərbaycandan Həcc ziyarətinə yollanan yeddinci, yəni sonuncu zəvvar qrupları yola düşəcəklər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarları aparan təyyarə bu gün saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aerportundan havaya qalxacaq.
Qeyd edək ki, bu il Həcc ziyarətinə 1250 azərbaycanlı zəvvar gedir. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.