Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Avstriyada silahlı şəxs məktəbdə 9 nəfəri öldürüb

Avstriyada silahlı şəxs məktəbdə 9 nəfəri öldürüb

İyunun 10-da Avstriyanın Qrats şəhərində silahlı şəxs məktəbə hücum edərək 9 nəfəri öldürüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Avstriya mətbuatı ölənlərdən yeddisinin məktəblilər olduğunu, 30 nəfərin isə yaralandığını yazıb.

Polis hücum edən şəxsin hadisə yerində ölü tapıldığını bildirib.

Hücum edənin kimliyi və motivləri hələ ki açıqlanmayıb.

Qrats şəhərinə yola düşən Avstriya kansleri Kristian Ştoker atışma ilə bağlı deyib ki, “bu, bütün ölkəmizi dərindən sarsıdan milli faciədir.”

Editor

Related Posts