“Qadın olmaq çətindir. Çünki onu əslində kişi böyüdür”.
Bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında yazıb.
Qadın olmağın çətinliklərindən söz açan sənətçi bu mövzuda fikirlərini belə davam etdirib:
“İlk ata, sonra sevgin. Sevgindən doğan oğul. Amma mən ölənəcən böyüyəcəyəm. Çünki yanımda sizlər varsınız”.
Daha sonra Röya Hüseynlə birgə avtomobildə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb.

