Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərbəin yürüşlərinə görə Nəcəfdə bir həftəlik tətil elan edilib

Ərbəin yürüşlərinə görə Nəcəfdə bir həftəlik tətil elan edilib

Ərbəin yürüşü və ziyarətinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün Nəcəfdə bir həftəlik tətil elan edilib. Bu haqda Sirat.az sentyabrın 7-də Alsumaria-ya istinadən xəbər verir. Bu barədə Nəcəf əyalətinin valisi Macid əl-Vaili bəyanat verib.

Bildirilib ki, Ərbəin ziyarətinin təhlükəsizliyi və rahatlığının təmin edilməsi, habelə zəvvarların rahat daşınması üçün Nəcəfdə sentyabrın 11-dən 18-ə qədər qeyri-iş günü olacaq.

Qeyd edək ki, zəvvarlar səfər ayının ortalarından başlayaraq Nəcəfdən Kərbəlaya olan 80 kilometrlik yolu piyada qət edəcəklər. Bu il İmamın (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-nə təsadüf edəcək.

Editor

Related Posts