Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İmam Əlinin (ə.s) bəzi xislətlərin xeyir və ziyanı haqda dedikləri

İmam Əlinin (ə.s) bəzi xislətlərin xeyir və ziyanı haqda dedikləri
  • İmam Əli (ə.s) buyurmuşdur: Kim öz eybinə baxsa, başqasının eybini görməz. (Çünki öz pisliklərini düzəltməklə məşğul olar və başqasında eyb axtarmağa növbə çatmaz).
  • Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. (Çünki insan bir şeyi axtarıb tapmırsa, yaxud tapır və sonra əldən çıxarırsa, deməli, o, onun ruzisi deyilmiş. Buna görə də kədərlənmək təqdir edilmiş ruziyə razı olmamağa dəlildir).
  • Kim zülm qılıncını (qınından) çəksə (çox zülm etsə) həmin qılıncla öldürülər (axirətdən əlavə dünyada da məhvə düçar olar). Özünü çətinlik və əziyyət burulğanlarına atan (zəif olmasına baxmayaraq, böyük işlərə girişən) kəs boğular (məhv olar).
  • Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar (hətta pis iş görməsə belə).
  • Çox danışan kəs çox səhv edər (çünki danışanda fikirləşməz). Çox səhv edən kəsin həyası az olar. Kimin həyası az olsa onun pərhizkarlıq və günahdan uzaqlığı az olar. Pərhizkarlığı az olanın qəlbi ölər. Qəlbi ölmüş şəxs oda daxil olar (Çünki əbədi cənnət və Allahın rəhmi qəlbi ölənlər üçün deyil).
  • Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özü etsə, deməli, o, elə axmaqdır. (Çünki o, düz və doğru bildiyi şeyin əksinə gedib).
  • Qaneçilik (öz payına razı olmaq və ya qənaət) tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. (Nəğcül Bəlağə)

Editor

Related Posts