Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, proses Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onu məhkəmə prosesinə qarşı yeni təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir.